logo

Ərdoğan Rusiyada Suriyanı müzakirə edəcək

15:52 06-01-2019 | icon 2870
Ərdoğan Rusiyada Suriyanı müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda Rusiyaya səfəri planlaşdırılıb.

YeniAvropa xəbər verir  ki, bu barədə  "RİA Novosti" agentliyi  məlumat yayıb. Xəbərdə  hazırda diplomatik kanallar vasitəsilə səfərin tarixinin dəqiqləşdirildiyi bildirilib. 

Xatırladaq ki, ötən ay Türkiyə prezidenti KİV-ə müsahibəsində yanvarın ilk həftəsində  Moskvaya səfər edəcəyini və rusiyalı həmkarı ilə görüşərək Suriyadakı vəziyyəti müzakirə edəcəyini bildirmişdi.

Bunun ardından isə Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, onun rusiyalı həmkarı Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında üçtərəfli görüş keçiriləcəyi haqda xəbərlər yayılmışdı.

Xatırladaq ki, İran, Türkiyə və Rusiya prezidentlərinin sonuncu zirvə görüşü sentyabrın 7-də Tehranda  keçirilib.