logo

“Hyundai” ötən il Çexiyadakı zavodunda 340 mindən artıq avtomobil istehsal edib

19:52 05-01-2019 | icon 3045
“Hyundai” ötən il Çexiyadakı zavodunda 340 mindən artıq avtomobil istehsal edib

“Hyundai” şirkətinin Çexiyanın Noşovitse şəhərində yerləşən zavodu 340300 avtomobil istehsal edib ki, bu da 2017-ci illə müqayisədə 16400 ədəd (4,6 faiz) az, lakin əvvəlcədən planlaşdırıldığından 300 avtomobil (3,1 faiz) çoxdur.

YeniAvropa xəbər verir  ki, bu barədə “Hyundai” şirkətinin yaydığı açıqlamada bildirilib. Qeyd edilib ki, qarşıya qoyulan plana əsasən 2018-ci ildə konveyerdən 330 min avtomobil buraxılmalı idi.

İstehsal həcminin azalmasına bəzi Avropa bazarlarında, məsələn, məhz Brexitin yaxınlaşması ilə əlaqədar avtomobillərə tələbatın azaldığı Böyük Britaniyada mənfi proqnozlar səbəb olub. 

Məlumatda qeyd edilib ki, 3300-dən artıq işçinin çalışdığı müəssisədə cari ildə 318 min avtomobilin yığılması planlaşdırılır.