2018-ci ildə Suriyada baş verən 223 silahlı qarşıdurmada 2 min 741 dinc sakin qətlə yetirilib.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Suriyanın İnsan Hüquqları Təşkilatının hazırladığı hesabata görə, ölənlərin böyük əksəriyyəti qadınlar və uşaqlardır.
Hesabatda qeyd olunub ki, dinc əhali YPG, PKK və İŞİD terror təşkilatları tərəfindən qətlə yetiriliblər. Bundan başqa, terror təşkilatlarının keçirdikləri hərbi əməliyyat nəticəsində ötən il ərzində Suriyanın böyük şəhərlərində çoxlu sayda yaşayış məntəqələri də dağıdılıb.