logo

Kürdəmirdə ikimərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

23:37 04-01-2019 | icon 3878
Kürdəmirdə ikimərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Kürdəmir rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 120 kvadratmetr olan 4 otaqlı mənzilin 1 otağının tavanı 15 kvadratmetr sahədə və çardağının yanar konstruksiyaları 25 kvadratmetr sahədə yanıb.

YeniAvropa  Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.