Ukraynanın Mərkəzi Seçki Komissiyası prezidentliyə ilk namizədi qeydə alıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə MSK məlumat yayıb. Bildirilib ki, Ukraynada ilk prezidentliyə namizəd İqor Şevçenko olub. İ.Şevçenko lazım olan müvafiq sənədlərin hamısını MSK-ya təqdim edib.
Komissiya bu sənədləri nəzərdən keçirdikdən sonra onun Ukraynanın "Prezident seçkiləri haqqında" qanununun tələblərinə əməl etdiyini müəyyənləşdirib və İqor Şevçenkonun namizədliyini qeydə alıb.
1971-ci il təvəllüdlü İqor Anatolyeviç Şevçenko, "Müvəffəqiyyətli Ukrayna" xeyriyyə təşkilatının prezidentidir.
Xatırladaq ki , Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Namizədlərin irəli sürülməsi və sənədlərin MSK-ya təqdim edilməsi 2019-cu il fevralın 3-də başa çatacaq.
Ölkədə keçirilən rəy sorğunun nəticələrinə görə, Ukraynada prezidentliyə namizədlərin reytinqində "Batkivşina" partiyasının rəhbəri Yuliya Timoşenko və şoumen Vladimir Zelenski liderlik edirlər.