Smartfonlar üçün yeni mobil əlavə sakinləri zəlzələ barədə xəbərdar edəcək
Los-Anceles dairəsində “Apple” və “Android” istifadəçiləri üçün zəlzələ barədə xəbərdarlıq edən ilk mobil əlavəni yükləmək mümkündür. Məlumdur ki, Kaliforniya ştatı ABŞ-ın fəal seysmik regionudur və bu mobil əlavə yüzlərlə insanın həyatını xilas edə bilər.
YeniAvropa xəbər verir ki, Los-Anceles şəhərinin meri Erik Qarsettinin rəhbərliyi ilə yaradılan “ShakeAlertLA” adlı mobil əlavə ABŞ-ın Geoloji Xidməti tərəfindən işlənib hazırlanan zəlzələlər barədə bildiriş sisteminin fəaliyyəti üçün nəzərdə tutulub. İlkin xəbərdarlıq funksiyası hələ ki, Los-Anceles dairəsi üçün nəzərdə tutulub. “ShakeAlertLA” mobil əlavəsini yükləyəndən sonra istifadəçilər bildirişi və telefonun coğrafi mövqeyinin müəyyən edilməsini qoşmalıdırlar ki, Los-Anceles dairəsində 5 baldan yuxarı zəlzələ baş verdiyi zaman proqram məlumatı ötürə bilsin. Amerika KİV-ləri xəbər verirlər ki, zəlzələ baş verdiyi təqdirdə mobil əlavə istifadəçiləri təbii fəlakətə 20 saniyə qalmış təcili bildiriş alacaqlar. Sözügedən mobil əlavənin müəllifi, “Caltech” şirkətinin seysmoloqu Tom Xiton deyib: “Biz zəlzələnin baş verməsini qabaqcadan deyə bilmərik, lakin hamını xəbərdar edə bilərik ki, artıq zəlzələ başlayıb və sizə tərəf gəlməkdədir”.
Mobil əlavədə, həmçinin zəlzələyə necə hazırlaşmaq barədə məsləhətlər də yer alıb. “ShakeAlertLA” mobil əlavəsi yeraltı təkanları qeydə alan xüsusi vericilərin əsasında işləyir, məlumatları təhlil edərək onları sistemə göndərir. Bu sistem vasitəsilə episentrdən uzaq məsafədə olan yerlərdə güclü silkələnmələr baş verməzdən əvvəl istifadəçilərə xəbərdarlıq edilir.
Ştatın administrasiyası sistemi bütün Kaliforniya üzrə tətbiq etməyi planlaşdırır. Bildiriş sisteminin onlayn rejimdə işləməsi üçün Kaliforniyada zəlzələni müəyyənetmə üzrə 615 stansiya fəaliyyət göstərir. Ümumilikdə isə ABŞ-ın Qərb sahilboyunda onların sayı 865-ə bərabərdir. Ştatın hakimiyyət orqanları bəyan ediblər ki, mobil bildiriş sisteminin tətbiqi və məlumatların ötürülməsində ləngimələrin aradan qaldırılması üçün daha 810 stansiya yaradılmalıdır. 2018-ci ildə Kaliforniyada layihənin həyata keçməsinə 15 milyon dollar ayrılıb.
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib