ABŞ-ın siyasi tarixinin ən qüdrətli qadını yenidən Konqresin Nümayəndələr Palatasının spikeri seçilib
Kaliforniya ştatından olan konqresmen və Demokratlar Partiyasının veteranı 78 yaşlı Nensi Pelosi yenidən Konqresin Nümayəndələr Palatasının spikeri seçilib. Bu vəzifə Birləşmiş Ştatlarda Prezident və vitse-prezidentdən sonra üçüncü post sayılır.
YeniAvropa "CNN"ə istinadla xəbər verir ki, 431 konqresmendən 220-si Pelosinin namizədliyini dəstəkləyib. Respublikaçılar Partiyasının namizədi Kevin Makkartni isə 192 səs alıb. Yeni spiker ötən ilin noyabrında keçirilmiş aralıq seçkiləri nəticəsində formalaşan və 235 demokrat və 199 respublikaçıdan ibarət Nümayəndələr Palatasına sədrlik edəcək.
ABŞ-ın siyasi tarixində ən qüdrətli qadın hesab edilən Nensi Pelosi 2007-ci ildə də Konqresin Nümayəndələr Palatasının spikeri seçilib. O, ABŞ tarixində bu vəzifəni daşıyan ilk qadın olub.