İstanbulun Pendik rayonu sahilində “Mark Lome” adlı yük gəmisində güclü yanğın baş verib.
YeniAvropa xəbər verir ki, gəmidəki 15 nəfər yaxınlıqdakı gəmiçilərin və sahil mühafizəsinin əməkdaşlarının köməyi ilə təxliyə olunub.
Yanğının söndürülməsi üçün əraziyə əlavə qüvvə cəlb edilib.