İtaliyada Venesiyanı birgünlük ziyarət etmək istəyən turistlərdən şəhərə daxil olmaq üçün haqq alınacaq.
YeniAvropa xəbər verir ki, bu barədə yerli "ANSA" agentliyi məlumat yayıb. Xəbərdə qeyd edilib ki, bu barədə Venesiya şəhərinin meri Luici Bruqnaro məlumat verib. Onun sözlərinə görə, şəhərə birgünlük gələn turistlərdən giriş üçün ödənişin məbləği qeyri-mövsümi vaxtda 2 avro, mövsümi vaxtda isə 10 avro arasında dəyişəcək.
Luici Bruqnaro diqqətə çatdırıb ki, bu qayda turistlərin Venesiyanı tərk etdikdən sonra şəhərin nizama salınmasına vəsait ayırmaq imkanı yaradacaq.