logo

İndoneziyada Anak-Krakatau vulkanı yenidən püskürüb

17:03 03-01-2019 | icon 3374
İndoneziyada Anak-Krakatau vulkanı yenidən püskürüb

İndoneziyanın Sumatra və Yava adaları arasında, Zond boğazında yerləşən Anak-Krakatau vulkanı yanvarın 3-də yenidən püskürüb.

YeniAvropa xarici mətbuata istinadla xəbər verir  ki, ikin məlumatlara əsasən, püskürmə nəticəsində vulkanın külü 2 kilometr yüksəyə qalxıb. Yerli hakimiyyət orqanları sakinlərə vulkana 5 kilometr məsafədə yaxınlaşmamağı tövsiyə ediblər.

Xatırladaq ki, dekabrın 22-də baş verən püskürmə zamanı vulkanik süxurun qismən dağılması sunaminin yaranmasına səbəb olmuşdu. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 430 nəfər həlak olub, 7200 nəfər yaralanıb və 40 minə yaxın insan yaşayış yerlərini tərk edib.