Dekabrın 31-də Rusiyanın Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində 10 mərtəbəli yaşayış binasının bir blokunun uçulması nəticəsində ölənlərin sayı artmaqda davam edir.
YeniAvropa xəbər verir ki, son məlumata görə, xilasedicilər uçulmuş binanın dağıntılarının altından 32 nəfərin cəsədini çıxarıblar. Verilən məlumatlarda daha 9 nəfərin taleyinin naməlum olaraq qaldığı bildirilir.
Xatırladaq ki, dekabrın 31-də yerli vaxtla saat 04 radələrində Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.
Qeyd edək ki, faciə ilə əlaqədar yanvarın 2-si Çelyabinsk vilayətində matəm elan edilib.