logo

Makron  Putinlə Suriya və Ukrayna böhranlarını müzakirə ediblər

22:17 02-01-2019 | icon 2786
Makron  Putinlə Suriya və Ukrayna böhranlarını müzakirə ediblər

Yanvarın 2-də Fransa prezidenti Emmanuel Makron ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

YeniAvropa xarici KIV-ə istinadla xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Suriya və Ukraynadakı böhranlar barədə fikir mübadiləsi aparıblar.

Emmanuel Makron bildirib ki, Fransanın Suriyada məqsədi terrorizmin kökünü kəsməkdir. O qeyd edib ki, Fransa üzərinə götürdüyü beynəlxalq öhdəliklərə daim sadiqdir.

Söhbət zamanı, həmçinin ötən il noyabrın 25-də Kerç boğazında Rusiya hərbçiləri tərəfindən əsir götürülmüş Ukrayna dənizçilərinin azad edilməsi məsələsi də müzakirə olunub.