Pakistan və Hindistan sahib olduqları nüvə obyektlərinin və qurğularının siyahısını diplomatik yolla bir-birinə təqdim ediblər. Siyahıların qarşılıqlı şəkildə təqdim edilməsi nüvə obyektlərinə hücumun qadağan olunmasına dair müqaviləyə əsasən reallaşdırılıb.YeniAvropa Pakistan mətbuatına istinadla xəbər verir ki, bu siyahılar ilk dəfə 1992-ci il yanvarın 1-də tərəflərə təqdim olunub. Bu prosedur artıq 28-ci dəfədir həyata keçirilir.
1988-ci il dekabrın 31-də imzalanan və 1991-ci il yanvarın 27-də qüvvəyə minən müqaviləyə əsasən, Pakistan və Hindistan öz ərazilərində olan nüvə obyektləri barədə hər il bir-birilərinə məlumat verirlər.