logo

Pakistanin sabiq baş naziri Nəvaz Şərif məhkəmənin qərarından apellyasiya şikayəti verib

10:15 02-01-2019 | icon 2772
Pakistanin sabiq baş naziri Nəvaz Şərif məhkəmənin qərarından apellyasiya şikayəti verib

Pakistan məhkəməsi ötən il dekabrın sonunda ölkənin sabiq baş naziri Nəvaz Şərifə yeddi il həbs cəzası verdikdən və 2,5 milyon dollar cərimə kəsdikdən sonra o, apellyasiya şikayəti verib.

YeniAvropa xəbər verir  ki, Antikorrupsiya Məhkəməsi Nəvaz Şərifi korrupsiya və çirkli pulların yuyulması ilə bağlı cinayət işinə görə təqsirkar bilib. Məhkəmə Nəvaz Şərifin cəzasını çəkdikdən sonra 10 il yüksək vəzifə tuta bilməməsi ilə bağlı da qərar qəbul edib.

Xatırladırıq ki, 2017-ci ilin iyul ayında Pakistanın Ali məhkəməsi Nəvaz Şərifi vəzifəsindən uzaqlaşdırıb.

Nəvaz Şərif Pakistanın baş naziri vəzifəsini üç dəfə - 1990-1993-cü, 1997-1999-cu və 2013-2017-ci illərdə tutub.