İndoneziyanın Şərqi Nusa-Tenqara əyalətində 5 bal gücündə zəlzələ baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, yeraltı təkanların episentri Kupanq şəhərindən 121 kilometr cənub-şərqdə, ocağı 71 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir, sunami təhlükəsi elan edilməyib.