Yeni ildən Tbilisi-Batumi ikimərtəbəli sərnişin qatarlarında səyyar kitabxana fəaliyyətə başlayıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, sərnişinlər bu kitabxanalarda klassiklərin və müasir dövrün şair və yazıçılarının əsrlərini oxuya bilirlər.
Gürcüstan Dəmir Yollarının mətbuat xidmətinin rəhbəri Daçi Tsquriya KİV-ə müsahibəsində deyib ki, məqsəd sərnişinlər üçün daha rahat, maraqlı səyahət şəraiti yaratmaqdır.
Gələcəkdə səyyar kitabxananın digər qatarlarda və uzaq məsafələr üçün nəzərdə tutulmuş başqa nəqliyyat vasitələrində də açılması nəzərdə tutulub.