logo

Ərdoğan bələdiyyə seçkilərində Ankaradan olan namizədləri açıqlayıb

18:29 01-01-2019 | icon 2863
Ərdoğan bələdiyyə seçkilərində Ankaradan olan namizədləri açıqlayıb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) martın 31-də keçiriləcək bələdiyyə seçkilərində Ankara şəhəri üzrə namizədlərinin adları açıqlanıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Türkiyə prezidenti, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan Ankarada partiya fəallarının iştirakı ilə keçirilən ümumşəhər toplantısında məlumat verib.

Beləliklə, AKP-dən Ankara Böyükşəhər Bələdiyyəsinin sədrliyinə Mehmet Özhaseki namizəd olub. Paytaxtın 20 rayonu üzrə 14-ü üçün yeni namizəd irəli sürülüb. Bundan başqa, dövlət başçısı Ankaranın Etimesgut, Gölbaşı və Polatlı rayonlarına Milliyyətçi Hərəkat Partiyasının (MHP) namizədlərini təqdim edərək bildirib ki, Ədalət və İnkişaf Partiyası “Cümhur ittifaqı”nın şərtlərinə görə MHP-dən olan namizədləri dəstəkləyəcək.