logo

Türkiyədə 23 terrorçu həbs olunub

16:37 01-01-2019 | icon 2814
Türkiyədə 23 terrorçu həbs olunub

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin bir sıra şəhər və rayonlarında antiterror əməliyyatı keçiriblər. Nəticədə İzmirdə 10, Konyada 5, Elazığda 5 nəfər İŞİD terrorçu qruplaşması ilə əlaqədə şübhəli bilinərək həbs olunub. Saxlanılanlardan ikisi türkiyəli, qalanları Suriya vətəndaşıdır. İzmirdəki əməliyyatda axtarış keçirilən ünvanlardan çox sayda sarı jilet aşkarlanıb.

YeniAvropa xəbər verir  ki, Kocaelidə də İŞİD terrorçu qruplaşmasına qarşı antiterror əməliyyatı keçirilib. İŞİD üzvü olmaqda ittiham edilən Suriya əsilli 3 nəfər saxlanılıb. Onlardan biri terror təşkilatı üçün bomba düzəldən mütəxəssis kimi axtarışda olub.