logo

Sakit okeanda avtomobil daşıyan gəmidə yanğın baş verib

13:30 01-01-2019 | icon 2961
Sakit okeanda avtomobil daşıyan gəmidə yanğın baş verib

Yaponiyadan Havay adalarına doğru hərəkət edən avtomobil daşıyan gəmidə yanğın baş verib.

YeniAvropa xəbər verir  ki, bu barədə “Hawaii News Now” portalı ABŞ sahil mühafizəsinə istinadla məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Panama bayrağı altında üzən “Sincerity Ace” gəmisi Oahu adasından iki min mil (təqribən 3,5 min kilometrdən çox) məsafədə yerləşir.

Gəminin heytəi 21 dənizçidən ibarətdir. Onlardan bir qisminin ehtiyat bərəyə keçdiyi, digərlərinin yanğınla mübarizə apardığı qeyd edilir.

ABŞ sahil mühafizəsinin HC-130 Hercules təyyarəsi və yaxınlıqdakı kommersiya gəmiləri kömək üçün göndərilib.