Rusiyani Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində onmərtəbəli yaşayış binasında qaz sızmasından baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb. Binanın partlayış nəticəsində çökmüş girişindəki mənzillərdə 120 sakin qeydiyyatdadır, onlardan 35 nəfərin taleyi naməlumdur.
YeniAvropa xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Maqnitoqorska gəlib. O, hadisə yerində yaradılmış qərargaha gələrək xilasetmə işləri ilə bağlı tapşırıqlar verib.
Vilayətdə matəm elan olunacağı gözlənilir. Binanın digər hissələrinin də dağılma ehtimalı var. Güclü şaxta xilasetmə işlərini çətinləşdirir.
Vilayətdə fövqəladə vəziyyət elan olunub. Hadisə ilə bağlı cinayət işi açılıb.