logo

Rusiyada  yaşayış binasında partlayışda iki nəfər ölüb

13:15 31-12-2018 | icon 2772
Rusiyada  yaşayış binasında partlayışda iki nəfər ölüb

Dekabrın 31-də yerli vaxtla saat 04 radələrində Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyi partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində 2 nəfərin həlak olduğunu açıqlayıb. Dağıntılar altından 10 nəfərin, o cümlədən bir azyaşlının çıxarıldığı bildirilib. Qırx səkkiz mənzilli onmərtəbəli binada yaşayan 110 sakindən 16-sı təxliyə edilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin 350-dək əməkdaşı və 26 texnikası hadisə yerinə cəlb olunub. Ərazidə, həmçinin təcili tibbi yardım briqadaları fasiləsiz fəaliyyət göstərirlər.

Prezident Vladimir Putin hadisə barədə dərhal məlumatlandırılıb. Dövlət başçısının tapşırığı ilə fövqəladə hallar naziri Yevgeni Ziniçev dərhal hadisə yerinə gəlib.