logo

Filippində qasırğa 60-dan çox insanın həyatına son qoyub

12:59 31-12-2018 | icon 2933
Filippində qasırğa 60-dan çox insanın həyatına son qoyub

Filippində “Usman” tropik qasırğasının törətdiyi leysan yağışlar və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 61 nəfərə çatıb.

YeniAvropa xəbər verir  ki, bu barədə “Philippine Star” qəzeti Filippin Təbii Fəlakətlərin Təhlükəsinin Azaldılması Şurasına istinadla məlumat yayıb.

Şuranın məlumatında qeyd edilir ki, təbii fəlakət nəticəsində 18 nəfər itkin düşüb. Bikolsk regionunda 50 nəfərin, Şərqi Visayidə isə 11 nəfərin həlak olduğu bildirilir.