logo

Ukraynada prezidentliyə namizədlərin seçki kampaniyasına start verilib

11:39 31-12-2018 | icon 3052
Ukraynada prezidentliyə namizədlərin seçki kampaniyasına start verilib

Ukraynada martın 31-də keçiriləcək prezident seçkisində iştirak edən namizədlərin seçki kampaniyasına start verilib.

YeniAvropa xəbər verir  ki, kampaniya 90 gün davam edəcək. Namizədlərin irəli sürülməsi və sənədlərin MSK-ya təqdim edilməsi 2019-cu il fevralın 3-də başa çatacaq.

Ölkədə keçirilən rəy sorğunun nəticələrinə görə, Ukraynada prezidentliyə namizədlərin reytinqində "Batkivşina" partiyasının rəhbəri Yuliya Timoşenko və şoumen Vladimir Zelenski liderlik edirlər.