logo

Ermənistanda hərbi hissədə külli miqdarda yanacaq oğurluğu baş verib

23:27 30-12-2018 | icon 2933
Ermənistanda hərbi hissədə külli miqdarda yanacaq oğurluğu baş verib

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində külli miqdarda mənimsəmə faktı aşkarlanıb.

YeniAvropa xəbər verir  ki, bu barədə  Ermənistan KİV-ləri məlumat yayıb. Xəbərdə deyilir ki, mayor Armen Qriqoryan mətbuata açıqlamasında cinayət-istintaq qrupu tərəfindən üçüncü dağ atıcı alayında saxta sənədlər tərtib edilməklə yanacaq oğurlanması faktının üzə çıxdığını söyləyib.

Xəbərdə daha sonra qeyd edilib ki, oğurluğun həcminin böyük olması ilə əlaqədar polkovnik Ağacanyanın göstərişinə əsasən, faktın araşdırılması məqsədilə Avanesyan soyadlı müstəntiqin rəhbərliyi ilə xüsusi istintaq qrupu yaradılıb.

Faktla bağlı araşdırma davam edir.