logo

Çində 50 milyard ədəd sürətli poçt-kuryer daşınması reallaşıb

18:49 30-12-2018 | icon 2814
Çində 50 milyard ədəd sürətli poçt-kuryer daşınması reallaşıb

Bu il Çində sürətli poçt-kuryer daşınması 50 milyard ədədə çatıb.

YeniAvropa Çin Dövlət Poçt Bürosunun məlumatına istinadla xəbər verir ki, son üç ildə bu sektorda illik artım təxminən 10 milyard ədəd olub. Çin son 5 ildə sürətli poçt daşınmalarının sayına görə dünyada birinci yerdə qərarlaşıb.

Qeyd edək ki, Çində elektron ticarətin dövriyyəsi illik 1 trilyon ABŞ dollarına çatıb. Bu, ölkədə ümumi pərakəndə ticarətin təxminən 20 faizini təşkil edir. Elektron ticarətin genişlənməsi öz növbəsində sürətli poçt daşınmalarının sayının da əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Hazırda Çində 7 sürətli poçt-kuryer şirkəti fəaliyyət göstərir ki, onların ən böyüyünün illik dövriyyəsi 100 milyard dollara, digərlərininki isə 50 milyard dollara çatır. Bu sektorda 3 aviasiya şirkəti yük daşınması ilə məşğuldur.