Türkiyənin təhlükəsizlik qüvvələri İstanbul şəhərinin 39 rayonunda eyni vaxtda əməliyyat-axtarış tədbiri keçirib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, ümumilikdə 12 saat davam edən əməliyyatda 1650 polis iştirak edib. Nəticədə axtarışda olan 903 nəfər saxlanılıb. Onların arasında qatillər və digər ağır cinayətlərdə günahlandırılanlar da var. Həbs olunanlardan ikisi terrorçudur.