İndoneziyada Anak-Krakatau dağının zirvəsi ötən həftə baş verən püskürmədən sonra üç dəfə kiçilib.
YeniAvropa xəbər verir ki, bu barədə “Jakarta Post” qəzeti məlumat yayıb. Məlumata əsasən, əvvəllər hündürlüyü 338 metr təşkil edən dağ indi 110 metrədək kiçilib.
İndoneziya Təbii Fəlakətlərin Azalması Üzrə Vulkanolji və Geoloji Mərkəzin məlumatında qeyd edilir ki, dekabrın 24-dən 27-dək baş verən püskürmədən sonra vulkanın ölçüləri 150-180 milyon kubmetrdən 40-70 milyon kubmetrədək azalıb. Mərkəzdən bildiriblər ki, vulkanın ölçülərinin kiçildiyini nəzərə alsaq, təkrar sunaminin baş verməsi ehtimalı çox aşağıdır.
Xatırladaq ki, dekabrın 22-də İndoneziya sahillərində baş verən sunami nəticəsində 430 nəfər həlak olub, 159 nəfər itkin düşüb. Təbii fəlakət nəticəsində 40 min insan təxliyə edilib.