logo

Bakı şəhər Təhsil İdarəsinə yeni rəhbər təyin olundu

15:57 28-12-2018 | icon 4375
Bakı şəhər Təhsil İdarəsinə yeni rəhbər təyin olundu

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinə İdarənin müdir müavini Rəşad Tağıyev təyin edilib.

YeniAvropa xəbər verir  ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, yeni təyinatla bağlı təhsil naziri Ceyhun Bayramov  müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində hüquq üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.

İqtisadi İnkişaf Nazirliyində, “Ata Konsaltinq” , “Konsaltinq-AZ” MMC-də çalışıb. 2013-cü ildən Bakı şəhəri üzrə Təhsil İdarəsində çalışır.