Argentinanın sabiq prezidentinın evindən 4 milyon dollarlıq rəsm əsərlərii müsadirə olunub
Argentina polisi korrupsiya ilə bağlı təhqiqat çərçivəsində ölkənin sabiq prezidenti Kristina Elizabet Fernandes de Kirşnerin Buenos-Ayres şəhərində yerləşən evindən 31 rəsm əsərini müsadirə edib.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, müsadirə olunan sənət əsərlərinin ümumi dəyəri 4 milyon dollar həcmində qiymətləndirilir.
Argentinada hakimiyyət orqanlarının yuxarı pillələrində rüşvətlə bağlı təhqiqat ötən ilin noyabr ayında başlayıb və hələ də davam edir.
Xatırladaq ki, Fernandes de Kirşner 2007-2015-ci illərdə Argentinanın prezidenti olub.