logo

Gürcüstan-Rusiya sərhəd-keçid məntəqəsində 250-yə yaxın avtomobil növbə gözləyir 

17:30 27-12-2018 | icon 2807
Gürcüstan-Rusiya sərhəd-keçid məntəqəsində 250-yə yaxın avtomobil növbə gözləyir 

Gürcüstan ilə Rusiya arasındakı Yuxarı Lars sərhəd-keçid məntəqəsində 242 avtomobil dayanıb.

YeniAvropa xəbər verir  ki,  hazırda Hərbi Gürcüstan yolu kimi tanınan avtomagistralda 132 minik, 110 yük avtomobili var.

Yolda təcili tibbi yardım briqadaları, fövqəladə hallar xidməti və digər aidiyyəti qurumların əməkdaşları sürücülərə, sərnişinlərə lazımi xidmət göstərir. Psixoloqlar ehtiyacı olanlara yardım edirlər.

Yuxarı Larsda çox funksiyalı yeməkxana, ana və uşaqlar üçün səyyar otaqlar quraşdırılıb.

Xatırladaq ki,  Gürcüstanla Rusiyanı birləşdirən yeganə avtomagistral Yuxarı Lars yolu güclü qar, şaxta və qar uçqunu səbəbindən dekabrın 26-da saat 16:00-dan etibarən bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.

Gürcüstan və Rusiya tərəfi avtomobil sahiblərinə alternativ yollardan istifadə etməyi məsləhət görür.