logo

Əfqanıstanda prezident seçkiləri üç ay müddətində təxirə salınacaq

19:33 26-12-2018 | icon 2947
Əfqanıstanda prezident seçkiləri üç ay müddətində təxirə salınacaq

Əfqanıstanın Müstəqil Seçki Komissiyası aprelin 20-nə planlaşdırılan prezident seçkilərini üç ay müddətində təxirə salacaq.

YeniAvropa xəbər verir  ki,  bu barədə yerli "1TV" telekanalı seçki komissiyasındakı mənbəyə istinadla məlumat yayıb. Qeyd edilib ki, seçkilərin təxirə salınması barədə qərar dekabrın 27-də rəsmən elan olunacaq.

Komissiyanın bu qərarı oktyabr ayında keçirilmiş parlament seçkilərində baş verən texniki və təşkilati problemlərin təkrarlanmaması üçün seçki strukturlarının dəyişdirilməsi ilə bağlıdır. Bundan əlavə, seçkinin təxirə salınması hökumət və “Taliban” hərəkatının nümayəndələri arasında sülh sazişi üzrə danışıqlara hazırlıq fonunda baş verəcək.

Bir qədər əvvəl BMT-nin Əfqanıstana yardım üzrə missiyasının nümayəndəsi Tobi Lanzer təşkilatın seçkilərin vaxtının dəyişdirilməsinə etiraz etməyəcəyini bildirib.

Xatırladaq ki, prezident seçkiləri iştirakçılarının qeydiyyatı prosesi dekabrın 22-də başlasa da, hələlik heç bir mümkün namizəd qeydə alınmaq üçün müraciət etməyib.