Prezident Nursultan Nazarbayevin sərəncamı ilə Beybit Atamkulov Qazaxıstanın yeni xarici işlər naziri təyin edilib.
YeniAvropa xəbər verir ki, 54 yaşlı Beybit Atamkulov bundan əvvəl Qazaxıstanın yeni yaradılan aerokosmik və müdafiə sənayesi naziri vəzifəsində çalışıb və iki il bu vəzifəni icra edib.
Nazir vəzifəsinə gətirilənədək isə Atamkulov müxtəlif sahələrdə çalışıb. Belə ki, o, 2006-2015 illərdə Qazaxıstanın Almaniyadakı səfiri, Malayziyada baş konsul, eləcə də Sənay və Yeni texnologiyalar nazirliyində idarə rəisi olub. 2015-ci ilin avqustunda isə bir il müddətində Cənubi Qazaxıstan əyalətinin valisi işləyib.