İranın paytaxtı Tehranda tələbələri daşıyan avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər həlak olub, 26 nəfər isə xəsarət alıb.
YeniAvropa "IRNA" informasiya agentliyinə istinadla xəbər verir ki, qəza Tehran şəhərindəki Azad İslam Universitetinin Elmi-Tədqiqat Bölməsinin ərazisində baş verib. Avtobus yüksək sürətlə beton divara çırpılaraq aşıb.
Yerli KİV-lərin məlumatına əsasən, qəzadan öncə sürücüdə ürəktutması olub. Bu versiya hələlik rəsmi təsdiqini tapmayıb. Hadisə ilə bağlı təhqiqat davam edir.