Ukraynanın Poltava vilayətinin magistral yollarında qeyri-sabit hava şəraiti və güclü qarın yağması nəticəsində 20 kilometrlik tıxac yaranıb.
YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Yolların qardan təmizlənməsi üçün ağır texnikalar cəlb olunub.
Məlumatda daha sonra qeyd edilib ki, qeyri-sabit hava şəraiti ucbatından ölkədə 500-ə yaxın yaşayış məntəqəsi işıqsız qalıb.