logo

Ermənistan ordusunun üç hərbçisi yaralanıb

20:58 25-12-2018 | icon 2758
Ermənistan ordusunun üç hərbçisi yaralanıb

Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən Ermənistan ordusunun bölmələrində eyni gündə baş verən hadisələr nəticəsində 3 hərbi qulluqçu yaralanıb.

YeniAvropa xəbər verir  ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Xəbərdə bildirilir ki,  beşinci dağ atıcı alayının hərbi qulluqçusu Arqişt Hakopyan təhlükəsizlik qaydalarının pozulması, başqa bir hərbi hissənin iki hərbi qulluqçusu isə yol-nəqliyyat qəzası nəticəsində yaralanıb.

Baş vermiş hadisələrlə bağlı hərbi polis tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, ümumilikdə dekabrın 15 günü ərzində Ermənistan ordusunda müxtəlif səbəblərdən 10 hərbi qulluqçu yaralanıb.