Yeni ilin astanasında dünya əhalisinin sayı 7,5 milyard nəfəri ötəcək
2019-cu ilin astanasında dünya əhalisinin sayı 7,5 milyard nəfəri ötəcək. Yola saldığımız 2018-ci ildə dünya əhalisinin sayı 83 milyon nəfər artıb.
YeniAvropa xəbər verir ki, bu barədə Almaniyanın Əhali Fondunun hazırladığı hesabatda qeyd olunur. Bildirilir ki, 2018-ci il yanvarın 1-nə olan məlumata görə, Yer planetinin əhalisinin sayı 7 milyard 445 milyon nəfər təşkil edib. Gələn ilin yanvarında planetimizin əhalisinin sayı 7 milyard 528 milyon nəfər olacaq. Ölüm və doğum məlumatlarını müqayisə edən fondun əməkdaşları belə qənaətə gəliblər ki, dünyada insanların sayı hər saniyə 2,6 nəfər artır. Əslində, əhalinin sayında gəncləşmə müşahidə olunur. Belə ki, planetimizdə yaşayanların dörddəbiri 15 yaşınadək, 65 faizi 15-64 yaş arası, 9 faizi isə 64 yaşdan yuxarı insanlardır.
Fondun hesabatında diqqətə çatdırılır ki, 1804-ci ildə dünya əhalisi 1 milyard nəfər, 1927-ci ildə iki milyard nəfər, 1969-cu ildə 3 milyard nəfər olub. Qeyd olunur ki, 2050-ci ildə 9,8 milyard nəfərə, 2100-cü ildə isə 11,2 milyard nəfərə çatacaq dünya əhalisinin sayı planetimizdə ciddi problemlərə səbəb ola bilər.
BMT-nin hesabatlarına görə, əhalinin ən çox artımı Afrika qitəsində olacaq. Burada hazırda 1,3 milyard nəfər olan əhalinin sayı 2050-ci ildə 2,5 milyard nəfərə çatacaq.
Almaniya Əhali Fondunun hesabatında maraqlı müqayisə aparılır: əgər dünya 100 nəfərin yaşadığı bir kənddən ibarət olsaydı, onlardan 59-u Asiya, 10-u Avropa, 8-i Cənubi Amerika, 5-i Şimali Amerika və 1-i Okeaniya sakini olardı. Fondun baş direktoru Renata Bahr bildirib ki, dünya əhalisinin sürətlə artması planlanmayan hamiləliklərlə əlaqəlidir. Onun sözlərinə görə, Afrikada və inkişaf etməkdə olan bir çox ölkələrdə gender bərabərliyinə ciddi ehtiyac var. “Bu ölkələrdə yaşayan hər dörd qadından biri doğum nəzarətini həyata keçirə bilmir. Əgər qadınlar dünyaya uşaq gətirmək qərarını sərbəst verə bilsələr, o zaman XXI əsrin sonunda dünya əhalisinin sayındakı artım 30 faiz az ola bilər”, deyə baş direktor əlavə edib.
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib