logo

Donald Tramp Kim Çen Inla yeni görüşünü səbirsizliklə gözləyir

15:29 25-12-2018 | icon 2835
Donald Tramp Kim Çen Inla yeni görüşünü səbirsizliklə gözləyir

ABŞ prezidenti Donald Tramp Pxenyanla danışıqlarda irəliləyiş olduğunu və KXDR lideri Kim Çen Inla yeni görüşünü səbirsizliklə gözlədiyini deyib.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, Donald Tramp bu barədə özünün “Twitter” səhifəsində yazıb: “İrəliləyiş var. KXDR sədri Kim Çen Inla növbəti sammiti səbirsizliklə gözləyirəm”.

Bir qədər əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo KNSS radiostansiyasına verdiyi müsahibədə Trampla Kim Çen Inın ikinci görüşünün 2019-cu ilin əvvəlində keçirilə biləcəyini deyib.