Cari ilin yanvarından noyabradək Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) 128 əməkdaşı yol verdikləri qanun pozuntularına görə işdən azad edilib.
YeniAvropa xəbər verir ki, bu barədə DİN-in yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, hesabat dövründə DİN-in polisə nəzarət şöbəsi tərəfindən 1300 əməkdaş barəsində müxtəlif inzibati tədbirlər görülüb. İşdə yol verdikləri nöqsanlara görə 601 nəfərə xəbərdarlıq edilib, 311 əməkdaşa töhmət, 334 nəfərə şiddətli töhmət verilib. Daha səkkiz əməkdaş aşağı rütbələrə keçirilib.
“İmedi” televiziya kanalının məlumatına görə, ümumiyyətlə, Gürcüstan Daxili İşlər Nazirliyinin sıralarında 32 min nəfər çalışır.