İndoneziyanın Zond boğazı sahillərində baş verən sunami nəticəsində həlak olanların sayı 334 nəfərə çatıb, 61 nəfər isə itkin düşmüş sayılır.
YeniAvropa "Antara" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İndoneziyanın Fövqəladə Vəziyyətlərlə Mübarizə Agentliyinin məlumatında bildirilir.
Bir qədər əvvəl indoneziyalı seysmoloqlar sunaminin təkrarlana biləcəyi barədə xəbərdarlıq ediblər. Təbii fəlakət zonasında vulkan aktivliyinin davam etdiyini və yeni sualtı sürüşmələrin mümkünlüyünü bildirən alimlərin fikrincə, sunamiyə məhz bu proseslər səbəb olub.
Dekabrın 22-də axşam saatlarında İndoneziya sahilləri hündürlüyü dörd metrə çatan dalğaların təsirinə məruz qalıb. Hazırda təbii fəlakət zonasında axtarış-xilasetmə və təxliyə əməliyyatları davam edir.