logo

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib

17:59 24-12-2018 | icon 4130
Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib

Dekabrın 24-də səhər saatlarında Lənkəran-Boradigah yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki, yolda bir-birinə əks istiqamətlərdə hərəkətdə olan 42-BS-578 dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobillə 42-BO-227 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobil toqquşub.

Ağır yol-nəqliyyat qəzası nəticəsində “VAZ 2106” markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Havzava kənd sakini Allahverdi İmaməliyev hadisə yerində dünyasını dəyişib.

Yaralılar-“VAZ 2107” avtomobilin sürücüsü Ravin Şükürov və Havzava kənd sakini Təranə Tağıyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Sıx dumanlı hava şəraitinin hadisəyə səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.