Dekabrın 24-də Yaponiyanın Hönşü adasının cənub-qərbində 5,6 bal gücündə zəlzələ baş verib.
YeniAvropa xəbər verir ki, barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Katsuura şəhərindən 185 kilometr cənub-şərqdə, ocağı 18 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.