Özbəkistanın dövlət təşkilatlarının əməkdaşları bundan sonra hər gün iş yerində gimnastika ilə məşğul olacaqlar.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Özbəkistan prezidentinin imzaladığı fərmana əsasən dövlət qurumları həftədə bir gün “Sağlamlıq günü” keçirməlidirlər.
Həmin gün əməkdaşlar qaçış, üzgüçülük, futbol, basketbol, tennis və s. kimi fiziki-kütləvi tədbirlərdə iştirak etməlidirlər.
Sənəddə həmçinin bildirilir ki, bundan sonra dövlət qurumları öz aralarında mütəmadi olaraq müxtəlif yarışlar da keçirməlidirlər.