logo

İndoneziyada sunami nəticəsində azı 43 nəfər həlak olub

11:12 23-12-2018 | icon 2695
İndoneziyada sunami nəticəsində azı 43 nəfər həlak olub

Dekabrın 22-də axşam saatlarında İndoneziyada baş verən sunami nəticəsində azı 43 nəfər həlak olub.

YeniAvropa xarici mətbuata istinadla xəbər verir  ki, yerli vaxtla saat 21:30 radələrində nəhəng dalğa Yava və Sumatra adaları arasındakı körfəzə, əhalinin sıx yaşadığı Zond rayonuna çatıb. Təbii fəlakət nəticəsində 584 nəfərin xəsarət aldığı bildirilir.

İndoneziya Təbii Fəlakətlərlə Mübarizə Agentliyi hadisənin baş verməsi səbəblərini araşdırır. Həmin vaxt ərazidə heç bir güclü zəlzələnin baş vermədiyi bildirilir.

Təbii fəlakətin mümkün səbəbləri kimi, adadakı vulkan fəallığı və bütün Ayın görünməsi ilə əlaqədar yaranan nəhəng dalğalar göstərilir.