2018-ci ildə Ukrayna Təhlükəsizlik Xidməti 300-dən çox internet-resursun girişinə qadağa qoyub.
YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, bu resurslar Ukraynaya qarşı geniş miqyaslı təbliğat aparıblar.
Həmçinin sosial şəbəkələrdə Ukraynaya qarşı təbliğat aparan 220-ə yaxın internet administratorun fəaliyyəti məhdudlaşdırılıb.