logo

Kim Çen Inın Seula səfəri bu il baş tutmayacaq

16:32 22-12-2018 | icon 2688
Kim Çen Inın Seula səfəri bu il baş tutmayacaq

KXDR lideri Kim Çen Inın Cənubi Koreyaya planlaşdırılan  cavab səfəri bu ildə baş tutmayacaq.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Koreya Respublikası prezidenti administrasiyasının yüksək vəzifəli nümayəndəsi deyib. Onun sözlərinə görə, hazırda Seul və Pxenyan bu məsələni müxtəlif kanallar vasitəsilə müzakirə edirlər.

“Vaxt azlığı səbəbindən növbəti sammit çətin ki, baş tutsun, lakin görüş yaxın zamanlarda keçiriləcək”, - deyə prezident administrasiyasının nümayəndəsi bildirib. O, həmçinin qeyd edib ki, tədbir Şimal üçün “ilkin şərt olmadan istənilən uyğun vaxtda təşkil oluna bilər”. Pxenyana hazırlıq üçün vaxt lazım olduğu başadüşüləndir.

Xatırladaq ki, bu ilin sentyabrında Pxenyanda keçirilən koreyalararası sammit zamanı KXDR lideri yaxın vaxtlarda Cənubi Koreya paytaxtına səfər edəcəyinə vəd vermişdi.