logo

Gürcüstanın sərhəd polisi NATO təlimlərində iştirak edəcək

13:35 22-12-2018 | icon 2730
Gürcüstanın sərhəd polisi NATO təlimlərində iştirak edəcək

Gürcüstanın sərhəd polisi 2019-cu ildə ilk dəfə NATO formatında keçiriləcək təlimlərdə iştirak edəcək.

YeniAvropa xəbər verir  ki,  bu barədə Gürcüstanın daxili işlər naziri Qeorqi Qaxariya parlamentdəki çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, Gürcüstanın polis orqanlarında aparılacaq islahatlardan biri də sərhədlərin mühafizəsində səmərəliliyi artırmaqdır.

"Sərhədlərin yüksək səviyyədə mühafizəsi ölkəmiz üçün əsas amillərdən biridir. Bu sahədə strateji tərəfdaşlar Gürcüstana ciddi dəstək verirlər. Bu dəstək çərçivəsində Gürcüstana iki “Ayland” markalı sahil mühafizə gəmisi verilib. Bu da Gürcüstana Qara dənizdə sərhədlərin mühafizəsi və NATO ilə əməkdaşlıq sahələrində geniş imkanlar açır. Əminik ki, gələn ildən NATO-nun hərbi təlimlərinə qoşulmağımız Gürcüstanın sərhəd polisinin çevik və daha səmərəli fəaliyyətinə imkan yaradacaq",-deyə nazir vurğulayıb.