logo

Şaxtada partlayış nəticəsində 13 nəfər həlak olub

10:57 22-12-2018 | icon 2800
Şaxtada partlayış nəticəsində 13 nəfər həlak olub

Bu gün Çexiyanın Karvin şəhəri yaxınlığında yerləşən “ČSM” şaxtasında metan partlayışı nəticəsində 13 şaxtaçı həlak olub. Onların biri çex, 12-si polyakdır. 

YeniAvropa  xarici KİV-ə istinadla xəbər verir  ki, şaxtanın içindəki temperaturun çox yüksək - 200 dərəcəyə qədər olması yanğınsöndürmə işlərini çətinləşdirir.

Çexiyanın baş naziri Andrey Babiş və onun polşalı həmkarı Mateuş Moravetski faciə yerinə gəliblər. Çexiya prezidenti Miloş Zeman həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.