Türkiyənin “TRT” televiziya kanalının əməkdaşları Birləşmiş Ərəb Əmirliklərinin təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoya məlumatı təsdiqləyib. Bildirilir ki, Türkiyənin BƏƏ-dəki səfirliyi məsələ ilə bağlı araşdırma aparır. Jurnalistlərin həbs olunma səbəbi barədə dəqiq məlumat verilmir.