Qazaxıstanda havanın temperaturunun normadan aşağı düşməsi səbəbindən orta məktəblərin 1-9-cu siniflərində dərslər təxirə salınıb.
YeniAvropa xəbər verir ki, ölkə təhsil departamenti Qazaxıstanın Astana, Konstanay və Öskemen vilayətlərində məktəblərdə dərslərin təxirə salınması barədə qərar verib.
Qeyd edək ki, Qazaxıstanın bəzi vilayətlərində güclü şaxta səbəbiylə fırtına xəbərdarlığı elan edilib. Belə ki, dekabrın 21 və 24–də havanın temperaturu normadan aşağı, mənfi 32-35 dərəcəyədək enəcək.