logo

Suriyaya görə ABŞ-ın müdafiə naziri istefa verdi

12:09 21-12-2018 | icon 2646
Suriyaya görə ABŞ-ın müdafiə naziri istefa verdi

ABŞ-ın müdafiə naziri Ceyms Mettis istefa verib.

YeniAvropa xəbər verir  ki, "Pentaqon"un rəhbərinin vəzifəsini tərk etməsinin əsas səbəblərindən biri kimi prezident Donald Trampın xarici siyasəti ilə razılaşmaması göstərilir. Belə ki, Mettis prezidentə göndərdiyi istefa məktubunda qeyd edib: “Sizinlə mövqeləri yaxın olan müdafiə nazirinə malik olmaq haqqına sahibsiniz”.

Amerikanın politoloqları və siyasi şərhçiləri bildirirlər ki, Mettisin qərarı Trampın Suriyadan qoşunları çıxarmaq qərarı ilə birbaşa əlaqəlidir. Pentaqonun rəhbəri öz məktubunda əlavə edib: “Mən ölkəmizin gücünün tərəfdaşlarımız və unikal alyans sistemimizlə ayrılmaz şəkildə bağlı olduğuna həmişə inanmışam. ABŞ azad dünyanın əvəzolunmaz ölkəsi kimi qalsa da, biz güclü alyansı qorumadan və müttəfiqlərimizə hörmət etmədən öz mövqelərimizi qoruya və ya bu vəzifəni icra edə bilmərik”.

Tramp, öz növbəsində, "Pentaqon"un rəhbərinə vəzifədə olduğu müddətdə gördüyü işlərə görə təşəkkür edib. Prezident özünün “Twitter” səhifəsində yazıb: “General Mettis fevralın sonunda hörmətlə istefaya gedəcək. O, son iki ildə mənim administrasiyamda müdafiə naziri vəzifəsində işləyib”. Tramp bildirib ki, tezliklə yeni müdafiə nazirinin adını açıqlayacaq.